...

Fukusima prefekturasından köçürülmüş 54 min insan geri qayıda bilmir

Siyasət Materials 10 Mart 2013 07:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Fukusima prefekturasından atom elektrik stansiyasında baş vermiş qəzadan sonra köçürülmüş 54 min insan hələ də geri qayıda bilmir. Trend-in İTAR-TASS-a istinadən yaydığı məlumatda deyilir ki, həmin insanlar hələ 4 il bundan sonra da yaşayış yerinə qayıda bilməyəcək.

AES-dəki qəzadan sonra ətraf rayonlarda baş vermiş ekoloji pozuntulara görə Yaponiya hökuməti hələ gələcək bir neçə il ərzində fəlakət bölgəsinin 20 kilometrlik radiusunda yerləşən ərazilərə insanların köçürə bilməyəcək. Bu əraziyə isə 26 min əhalisi olan 7 yaşayış məntəqəsi daxildir.

"Fukusima-1"də baş vermiş qəzadan ötən iki il ərzində radiasiyanın dərəcəsi aşağı düşüb. Eyni zamanda, geniş ərazi radioaktiv tullantılarla çirklidir.

Bir sıra mütəxəssislər deyirlər ki, Fukusima yalnız 20 ildən sonra insanlar üçün yaşayışa yararlı olacaq.

Yaponiya hökuməti isə hazırda deaktivasiya əməliyyatları həyata keçirir.

Xatırladaq ki, 2011-ci ilin mart ayının 11-də "Fukusima-1" AES-in 3 reaktorundan nüvə yanacağı ətrafa dağılmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti