...

Ermənistanda prezident seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz yürüşü keçiriləcək

Siyasət Materials 3 Aprel 2013 16:13 (UTC +04:00)
Bir qrup Gümrü sakini aprelin 9-da Yerevanın Azadlıq meydanında keçiriləcək nümayişdə iştirak etmək üçün Gümrüdən Yerevana yürüş etmək təşəbbüsü ilə çıxış ediblər.
Ermənistanda prezident seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz yürüşü keçiriləcək

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Bir qrup Gümrü sakini aprelin 9-da Yerevanın Azadlıq meydanında keçiriləcək nümayişdə iştirak etmək üçün Gümrüdən Yerevana yürüş etmək təşəbbüsü ilə çıxış ediblər. Bu barədə Trend çərşənbə günü "Armenia Today"ə istinadən məlumat verir.

Təşəbbüskarların bəyanatında deyilir ki, yürüş fevralda keçirilmiş prezident seçkilərinin kütləvi saxtalaşdırılmasına və rəsmi nəticələrinə qarşı etiraz aksiyasıdır.

"Biz ədalət qələbə çalanadək mübarizə aparacağıq", - bəyanatda qeyd edilir.

Yürüş iştirakçılarını "İrs" partiyası sədrinin müavini Armen Martirosyan müşayiət edəcək. Yürüş aprelin 7-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti