...

Rusiya və Ermənistan hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 17 Aprel 2013 17:07 (UTC +04:00)
Rusiyanın müdafiə naziri Serqey Şoyqu bu gün Moskvada erməni həmkarı Seyran Ohanyanla danışıqlar aparıb.
Rusiya və Ermənistan hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Rusiyanın müdafiə naziri Serqey Şoyqu bu gün Moskvada erməni həmkarı Seyran Ohanyanla danışıqlar aparıb. Bu barədə Trend RF Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edib, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması kimi bir sıra aktual məsələlər üzrə fikir mübadiləsi aparıb və regionda sülhün və sabitliyin bərqərar olunmasında qarşılıqlı fəaliyyətin istiqamətlərini nəzərdən keçiriblər.

Danışıqlar zamanı iki ölkənin müdafiə strukturları arasında əməkdaşlığın möhkəmləndirilməsində müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti