...

Darfurda BMT-nin 1 sülhməramlısı öldürülüb, 2 nəfər isə yaralanıb

Siyasət Materials 20 Aprel 2013 19:42 (UTC +04:00)
Sudan Darfurunda BMT-nin 1 sülhməramlısı öldürülüb, 2 nəfər isə yaralanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda Afrika Birliyi və BMT missiyasının yaydığı məruzədə deyilir.
Darfurda BMT-nin 1 sülhməramlısı öldürülüb, 2 nəfər isə yaralanıb

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Sudan Darfurunda BMT-nin 1 sülhməramlısı öldürülüb, 2 nəfər isə yaralanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda Afrika Birliyi və BMT missiyasının yaydığı məruzədə deyilir.

Məlumatda bildirilir ki, hadisə aprelin 19-da Sudanın şərqində yerləşən Muxadceriya yaşayış məntəqəsində baş verib.

Hazırda Sudan hakimiyyəti BMT nümayəndələrilə birgə araşdırmalar aparır.

Qeyd edək ki, Darfurda həlak olmuş BMT sülhməramlılarının sayı 44 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti