...

Rəsmi Bakı İran və "altılıq" arasında Cenevrədə keçirilmiş son danışıqları alqışlayır

Siyasət Materials 25 Noyabr 2013 17:53 (UTC +04:00)
Azərbaycan Respublikası İran İslam Respublikası və "altılıq" arasında İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilmiş son danışıqların müsbət məcraya doğru yönəlməsini məmnunluq hissi ilə qarşılayır.
Rəsmi Bakı İran və "altılıq" arasında Cenevrədə keçirilmiş son danışıqları alqışlayır

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Respublikası İran İslam Respublikası və "altılıq" arasında İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilmiş son danışıqların müsbət məcraya doğru yönəlməsini məmnunluq hissi ilə qarşılayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Qeyd edək ki, rəsmi Tehran və "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Cenevrədə danışıqların yekunu üzrə razılığa gəliblər. Razılaşmaya əsasən, İran nüvə proqramı çərçivəsində işləri dayandıracaq, öz nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini buraxacaq, ölkəyə qarşı iqtisadi sanksiyalar isə zəiflədiləcək.

Həmçinin, İran plutonium və sentrifuqların istehsalını, uranın 5%-dən çox zənginləşdirilməsini dayandırmaq barədə öhdəlik götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti