...

Türkiyədə bəzi nazir övladlarının həbs edildiyi rəsmən təsdiqləndi

Siyasət Materials 17 Dekabr 2013 18:49 (UTC +04:00)
Bu gün Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bəzi iş adamlarının və nazir övladlarının həbs edilməsi barədə yayılan məlumatlar rəsmən təsdiqlənib.
Türkiyədə bəzi nazir övladlarının həbs edildiyi rəsmən təsdiqləndi

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bu gün Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bəzi iş adamlarının və nazir övladlarının həbs edilməsi barədə yayılan məlumatlar rəsmən təsdiqlənib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Həbs edilənlər arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladlarının - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan və daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvət ilə bağlı ittihamlar olub.

Hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Hüseyn Avnı Mutlu bildirib ki, qaçaqmalçılıq, narkotik maddələrin satışı ilə bağlı şikayət əsasında bəzi iş adamları polis şöbəsinə çağırılıb və onlardan bəziləri həbs edilib, bəziləri isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti