...

Azərbaycan müdafiə nazirinin Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edir

Siyasət Materials 19 Dekabr 2013 19:25 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.
Azərbaycan müdafiə nazirinin Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edir

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir aviasiya poliqonuna baxış keçirib və müxtəlif təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Z.Həsənov uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb, aviasiya poliqonunun abadlaşdırılması, yeni hədəflərin quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti