...

Hüquq müdafiəçisi Leyla Yunus dindirildikdən sonra sərbəst buraxılıb

Siyasət Materials 29 Aprel 2014 16:20 (UTC +04:00)
Hüquq müdafiəçisi Leyla Yunus bu gün günorta saatlarından etibarən dindirildikdən sonra sərbəst buraxılıb.
Hüquq müdafiəçisi Leyla Yunus dindirildikdən sonra sərbəst buraxılıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Hüquq müdafiəçisi Leyla Yunus bu gün günorta saatlarından etibarən dindirildikdən sonra sərbəst buraxılıb. Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edək ki, hüquq müdafiəçisi L.Yunus və həyat yoldaşı Arif Yunus aprelin 29-na keçən gecə ölkəni tərk edərkən saxlanılıblar.

Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti