...

Mövlud Çavuşoğlu: Avropa İttifaqının Türkiyəyə ehtiyacı var

Siyasət Materials 23 May 2014 10:08 (UTC +04:00)
Türkiyə Avropa İttifaqına ehtiyac duyduğu kimi, Aİ-nin də Türkiyəyə eyni ilə bu cür ehtiyacı var.
Mövlud Çavuşoğlu: Avropa İttifaqının Türkiyəyə ehtiyacı var

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Avropa İttifaqına ehtiyac duyduğu kimi, Aİ-nin də Türkiyəyə eyni ilə bu cür ehtiyacı var. Bunu Türkiyənin Aİ məsələləri üzrə naziri Mövlud Çavuşoğlu deyib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, Türkiyə Aİ-yə daxil olmaq üçün öz öhdəliklərini yerinə yetirməkdə davam edir və Türkiyə ilə Aİ arasında bu məsələ ilə bağlı danışıqlar davam etdiriləcək.

Türkiyənin Aİ-yə daxil olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti