...

Mixail Qusman: Bakı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib

Siyasət Materials 16 Noyabr 2016 12:34 (UTC +04:00)
Azərbaycan və Bakı artıq neçə ildir ki, vacib beynəlxalq tədbirlərin keçirildiyi arenaya çevrilib
Mixail Qusman: Bakı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan və Bakı artıq neçə ildir ki, vacib beynəlxalq tədbirlərin keçirildiyi arenaya çevrilib. Bu sözləri bu gün Trend-ə Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

O deyib: “”Bu həm dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, həm BMT egidası altında keçirilən təbdirlər, həm də müxtəlif idman yarışlarıdır. Bütün bunlar Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın bütün nöqtələrindən Bakıya yollar gəlir. Azərbaycan paytaxtı bu gün bütün dünyada maraq oyadır”.

M.Qusman əminliklə deyib ki, bu konqres uğurla başa çatacaq. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi bütün dünyada informasiya sahəsində çalışan insanlar üçün vacib hadisədir:

“Burada 80-dən çox ölkənin və 100-dən çox informasiya agentliyinin nümayəndələri toplanıb. Onlar hər gün dünyada baş verən xəbərlərin yer aldığı KİV-lərin nümayəndələridir. Dünyamız bu gün çoxlu çağırışlarla üz-üzədir, obyektiv və dəqiq informasiyanın verilməsini təmin etmək çox vacibdir”.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti