...

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

Siyasət Materials 11 Aprel 2017 13:34 (UTC +04:00)
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

Bakı. Trend:

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 11-də Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti