...

Azərbaycan və Fransa kibertəhlükəsizliklə bağlı əməkdaşlığı gücləndirəcək

Siyasət Materials 27 Aprel 2017 11:04 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi və Fransa Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.
Azərbaycan və Fransa kibertəhlükəsizliklə bağlı əməkdaşlığı gücləndirəcək

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi və Fransa Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sahələrdə kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, lazımi qərarların qəbulu və onların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-hökumət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlərin təşkilinin vacibliyi qeyd olunub.

İşçi görüş aprelin 28-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti