...

Avropa Parlamentinin üzvü: Dağlıq Qarabağın işğalı regionun sabitliyinə ən ciddi təhlükə yaradır

Siyasət Materials 7 İyul 2017 11:02 (UTC +04:00)
"Günahsız insanların həlak olması ilə nəticələnən hərbi insidentlər bizə xatırladır ki, işğal edilmiş Dağlıq Qarabağ problemi Qafqaz regionunun sabitliyinə ən ciddi təhlükə yaradır".
Avropa Parlamentinin üzvü: Dağlıq Qarabağın işğalı regionun sabitliyinə ən ciddi təhlükə yaradır

Bakı. Elmira Tariverdiyeva - Trend:

"Günahsız insanların həlak olması ilə nəticələnən hərbi insidentlər bizə xatırladır ki, işğal edilmiş Dağlıq Qarabağ problemi Qafqaz regionunun sabitliyinə ən ciddi təhlükə yaradır".

Bunu Trend-ə Avropa Parlamentinin Sloveniyadan olan deputatı İvo Vayql deyib.

O qeyd edib ki, bu münaqişə hərbi yolla deyil, beynəlxalq hüquq əsasında yalnız danışıqlar yolu ilə həll oluna bilər:

"Ermənistan özünü vəziyyətə uyğun aparmalı və Avropa İttifaqı hər iki tərəfə uzunmüddətli və hərtərəfli həll yolunun axtarışında kömək etməlidir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti