...

Azərbaycanda siyası partiyaların büdcəsinin artırılması təklif edilir

Siyasət Materials 13 Noyabr 2017 13:12 (UTC +04:00)
Azərbaycanda siyası partiyaların büdcəsinin artırılması təklif edilir.
Azərbaycanda siyası partiyaların büdcəsinin artırılması təklif edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda siyası partiyaların büdcəsinin artırılması təklif edilir.

Trend-in məlumatına görə, 2018-ci ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki, bütün dünyada siyasi partiyalar, xüsusən də ali qanunverici orqanda təmsil olunan siyasi partiyaların büdcəsi kifayət qədər çoxdur:

“Düşünürəm ki, siyasi partiyaların məsələsinə baxılmalıdır. Milli Məclisdə təmsil olunan istər iqtidar, istər müxalifət partiyalarının məsələsinə baxılmalıdır. Bu gün Azərbaycana qarşı işləyən qurumlar, qeyri-hökumət təşkilatları var ki, onların büdcəsi siyasi partiyaların büdcəsindən beş dəfə çoxdur. Əgər biz siyasi islahatların aparılmasını vacib biliriksə və bu partiyalar Milli Məclisdə təmsil olunurlarsa, mütləq şəkildə onların büdcəsinə bir daha baxılmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti