...

Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub

Siyasət Materials 24 Yanvar 2018 16:50 (UTC +04:00)
Yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub

Bakı. Trend:

Yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

Görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olundu.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti