...

Nazir: Hindistanla Azərbaycan arasında tarixi əlaqələr var (FOTO)

Siyasət Materials 4 Aprel 2018 19:02 (UTC +04:00)
Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Hindistanın xarici işlər naziri Suşma Svarac ilə görüşüb.
Nazir: Hindistanla Azərbaycan arasında tarixi əlaqələr var (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Hindistanla Azərbaycan arasında tarixi əlaqələr var.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Hindistanın xarici işlər naziri Suşma Svarac ilə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, hindistanlı həmkarı ilə bu gün keçirilən görüş zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, turizm və s məsələlərə toxunulub. Nazir bildirib ki, Hindistan tərəfinin təklifi ilə may ayında Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın növbəti görüşünün keçirilməsi planlaşdırılır.

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan hökuməti ilə Hindistan hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında və Hindistan Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Hindistanlı nazir də Azərbaycana səfəri çərçivəsində səmərəli müzakirələrin aparıldığını, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

S.Svarac iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard dollara qədər artdığını bildirib. Nazir qeyd edib ki, Hindistan turizm, təhsil, nəqliyyat, enerji və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti