...

İsveç Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin ölümündən narahatdır

Siyasət Materials 13 Oktyabr 2020 17:46 (UTC +04:00)
İsveç Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin ölümündən narahatdır

Bakı. Trend:

İsveç Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin ölümündən narahatdır.

Trend-in məlumatına görə, bunu İsveçin Xarici işlər naziri Ann Kristin Linde türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir humanitar atəşkəs rejiminə baxmayaraq davam edən toqquşmalarla əlaqədar narahatlığını ifadə edib:

“Biz tərəfləri danışıqları bərpa etməyə çağırırıq və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT Minsk qrupunun səylərini dəstəkləyirik”.

İsveçli nazir münaqişə tərəflərinin danışıqlar masasına qayıtması üçün səylərin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti