...

Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur - Hulusi Akar

Siyasət Materials 18 Mart 2021 11:12 (UTC +04:00)
Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur - Hulusi Akar

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Silahlı Qüvvələri prezidentin tapşırıqları əsasında Suriyada, İraqın şimalında, Şərqi Aralıq dənizində millətimizin maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda da qardaşlarımıza dəstək olmaqdadır.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala zəfərinin 106-cı ildönümü ilə əlaqədar bəyanatında deyib.

O bildirib ki, Türkiyə ordusu bütün bunlarla yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində qlobal təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətini davam etdirir:

"Ölkə içində və xaricdə davam etdirdiyimiz mübarizəmizdə əldə etdiyimiz uğurlarda ən böyük pay şəhid və qazilərimizə məxsusdur. Onların qəhrəmanlıqları və fədakarlıqları heç bir zaman unudulmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti