...

Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub (FOTO)

Siyasət Materials 29 İyun 2021 09:48 (UTC +04:00)
Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub (FOTO)

Bakı. Trend:

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyunun 28-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Macarıstandakı səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Deputatlarımız səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti