...

Peşəkar mediaya etibarın sarsılması problemlərə səbəb olur - ATƏT rəsmisi

Siyasət Materials 26 Aprel 2022 16:12 (UTC +04:00)
Peşəkar mediaya etibarın sarsılması problemlərə səbəb olur -  ATƏT rəsmisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mürəkkəb dövrdə yaşayırıq. Belə bir dövrdə media azadlığı, dezinformasiya məsələsi aktuallıq kəsb edir. Elm və texnologiyanın inkişafı, smartfonlar məlumatların yanlış istiqamətdə yayılmasına gətirib çıxarır. Bu da insanlarda etibarsızlıq yaradır. Peşəkar mediaya etibarın sarsılması problemlərə səbəb olur.

Trend-in məlumatına görə, bunu ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, media azadlığı olmadan təhlükəsizlik ola bilməz. Hadisələrin ətraflı, obyektiv və qərəzsiz ötürülməsi peşəkar jurnalistikada əsas amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti