...

Biz Avropa mədəniyyətini Azərbaycanla bölüşməkdən məmnunuq - Peter Mixalko (FOTO)

Siyasət Materials 14 May 2022 14:05 (UTC +04:00)
Biz Avropa mədəniyyətini Azərbaycanla bölüşməkdən məmnunuq - Peter Mixalko (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Avropa mədəniyyətini Azərbaycanla bölüşməkdən məmnunuq.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Dənizkənarı Milli Parkda "Eurovillage" Avropa şəhərciyinin açılışında deyib.

"Eurovillage" Avropaya açılan pəncərədir, Aİ-nin rəngarəng mədəniyyətini görmək, tanımaq imkanıdır. Biz bu bayramı azərbaycanlı dostlarımızla bölüşmək, Aİ ilə Azərbaycanın qurmaqda olduğu möhkəm tərəfdaşlıq barədə məlumat verməkdən məmnunuq", - P.Mixalko deyib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev öz çıxışında bildirib ki, Azərbaycan bir neçə xalq və mədəniyyətlərin evidir.

"Bu baxımdan "Eurovillage" xüsusi rəmzi məna daşıyır. Aİ təkcə iqtisadi deyil, həm də mədəni baxımdan Azərbaycanın vacib tərəfdaşıdır. Azərbaycan yeni mədəni dəyərlər üçün açıqdır", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti