...

Azərbaycan dünyadakı proseslərə baxmayaraq, stabil, dinamik inkişafa yönələn bir ölkədir - Deputat

Siyasət Materials 1 Avqust 2022 20:01 (UTC +04:00)
Azərbaycan dünyadakı proseslərə baxmayaraq, stabil, dinamik inkişafa yönələn bir ölkədir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Ukrayna–Rusiya müharibəsi fonunda digər münaqişəli ölkələr arasında da müəyyən gərginliyin artması, görünür, dünyanın mənzərəsi dəyişmək üzrədir. Baş verən gərginliklər, müharibələr, iqtisadi böhranlar ölkə rəhbərlərini daha diqqətli olmağa və daha uzaqgörən siyasət yürütməyə vadar edir. Çünki yaranan xaosdan əsasən də sadə insanlar əziyyət çəkir. Bu cəhətdən biz həqiqətən özümüzü xoşbəxt vətəndaş hiss edə bilərik. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasət bu gün Azərbaycana elə bir imkanlar yaradıb ki, biz dünyada baş verən proseslərə baxmayaraq, stabil, dinamik inkişafa yönəlik bir ölkə sakini olaraq sabitlik adasında yaşayırıq”.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Bizim 44 günlük haqq savaşımızda və ondan sonrakı dövrdə Azərbaycanın yürütdüyü siyasət müharibədən çıxan bir dövlət kimi bizi zəiflətmədi əksinə daha da gücləndirdi. Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm hərbi bir böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, minalardan təmizləmə işləri həyata keçirir. Bütün bunlar isə milyardlarla dollarlara başa gəlir. Hər şeyi heç bir kənar qüvvənin təsiri, dəstəyi olmadan öz daxili imkanlarımız hesabına edirik. Əlbəttə iqtisadi göstəricilərimiz bununla yekunlaşmır. Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Bu baxımdan gedişat da onu göstərir ki, Prezident İlham Əliyevin illər əvvəl atdığı addımların nəticəsini biz bu gün görürük”, millət vəkili vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti