...

Ermənistan bölgə üçün təhlükəyə çevrilir - Beynəlxalq hüquq yenə işləmir?

Siyasət Materials 17 İyun 2023 11:54 (UTC +04:00)
Ermənistan bölgə üçün təhlükəyə çevrilir - Beynəlxalq hüquq yenə işləmir?
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüflər olsun ki, artıq Ermənistanın təkcə Azərbaycan deyil, bütün qonşu ölkələri öz layihələri ilə təhdid etmək məsələsi uzun illərdir davam edir. Ermənistandaki Metsamor atom elektrik stansiyasının bütün bölgə üçün törədə biləcəyi fəlakətlər uzun illər müzakirə edildi. Həm Azərbaycanın, həm dünyanın bir çox beyin mərkəzləri və böyük ölkələr tərəfindən edilən çağırışlara rəğmən Ermənistan Metsamorun fəaliyyətini heç bir zaman dayandırmadı.

Bu fikirləri Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.

T.İmsayılov bildirib ki, indi isə Ermənistan Naxçıvanla sərhəd ərazidə - Arazdəyəndə böyük bir metallurgiya zavodu tikir və bu metallurgiya zavodunda baş verə biləcək istənilən kiçik bir iş qəzası nəticədə Ermənistanın deyil, bütün bölgənin ekoloji mühitinə çox ciddi zərbə vura bilər.

"Bununla Ermənistan növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır", - deyə T.İsmayılov əlavə edib.

Politoloq qeyd edib ki, qlobal ekoloji məsuliyyət şüuruna malik olmalı olan ölkələrin bir çoxu bu prosesdə Ermənistanın tərəfini tutur.

"Hətta ABŞ-ın bəzi şirkətləri və investorları Arazdəyəndəki metallurgiya fəlakətinə maliyyə ayırmaqla məşğuldurlar. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi", - deyə o, əlavə edib.

T.İsmayılov əlavə edib ki, konvensiyaların kobud şəkildə pozulması, həmçinin Espo konvensiyasına cavabdeh olan beynəlxalq güclərin Ermənistana təzyiq etməməsi nəticəsində belə bir zavod fəaliyyətə başlayır.

"Əslində digər qonşu ölkələrin istənilən bir üsulla bu zavodun fəaliyyətini dayandırmaq hüquqları var. Hesab edirəm ki, Arazdəyəndə metallurgiya zavodunun fəaliyyətə başlamasından sonra Azərbaycan və digər ölkələr bu prosesin qarşını almaq üçün əllərindən gələn səyləri əsirgəməməlidirlər və ümumiyyətlə bu proses başlamamalıdır", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti