...

Azərbaycanda növbədənkənar Prezident seçkilərində ailələr səs verir (FOTO)

Siyasət Materials 7 Fevral 2024 18:45 (UTC +04:00)
Azərbaycanda növbədənkənar Prezident seçkilərində ailələr səs verir (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda növbədənkənar Prezident seçkilərində ailələrin səs verməsi ölkənin ictimai-siyasi həyatında vətəndaş fəallığının bariz göstəricisidir.

Trend b u barədə çərşənbə günü xəbər verir.

16 saylı Yasamal ikinci seçki dairəsinin 21 saylı məntəqəsində taksi sürücüsü Güloğlan Fərhadov həyat yoldaşı və iki nəvəsi ilə səsverməyə gəlib.

"Hər bir ölkə vətəndaşı öz gələcəyinə, ailəsinə, ölkənin sabitliyinə, inkişafına səs verir. Biz nəvələrimizlə gəlmişik ki, onlar da bütün prosesi görsünlər və gələcəkdə seçkilərdə iştirak etsinlər. Sevindirici haldır ki, seçkilər işğaldan azad edilmiş torpaqlarda keçirilir!”, - deyə Güloğlan Fərhadov qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti