...

Azərbaycanın təhlükəsizliyinə qarşı açıq və gizli formada cəhdlər olur - Kamran Əliyev

Siyasət Materials 16 Fevral 2024 10:16 (UTC +04:00)
Azərbaycanın təhlükəsizliyinə qarşı açıq və gizli formada cəhdlər olur - Kamran Əliyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın təhlükəsizliyinə qarşı açıq və gizli formada cəhdlər olur.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluqda keçirilən mükafatlandırma mərasimində deyib.

K.Əliyev bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlər görülür.

"Prokurorluq orqanlarında bu istiqamətdə tədbirlər davam etdirilir", - o deyib.

Qeyd edək ki, bugün Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən təltif edilmiş, həmçinin Baş prokuror tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Baş prokurorun rəhbərliyi ilə keçirilən tədbirdə, həmçinin, media nümayəndələri və mötəbər qonaqlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti