...

Stoltenberqin Cənubi Qafqazda müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Siyasət Materials 18 Mart 2024 13:48 (UTC +04:00)
Stoltenberqin Cənubi Qafqazda müzakirə edəcəyi məsələlər AÇIQLANDI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu dəfə NATO Baş katibi Yens Stoltenberqi Azərbaycan, Ermənistan və Gürcüstana tarixi səfərdə müşayiət edərək Qafqaza qayıtmaq xoşdur.

Trend-in məlumatına görə, bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X" platformasında yazıb.

"İkitərəfli əməkdaşlıq, Ukraynaya dəstək və regional təhlükəsizlik, o cümlədən, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə olunacaq", - deyə o əlavə edilib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Martın 17-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan-NATO əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbiri, Ukraynaya dəstək, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub.

Baş katib Yens Stoltenberqin Azərbaycana səfəri martın 18-də başa çatıb. Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti