Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.
Trend FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan təyyarə Türkiyənin İzmir şəhərinə istiqamət alıb.