...

Seçkilərdə 991 namizəd mübarizə aparacaq

Siyasət Materials 24 Avqust 2024 10:43 (UTC +04:00)
Seçkilərdə 991 namizəd mübarizə aparacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.

Trend xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq seçki prosesinin son mərhələsidir:

"Komissiyanın qərarı ilə 6516567 seçki bülleteni çap olunub. Bülletenlərə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".

R.Qasımov bildirib ki, bu zamana qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

Xəbər lenti