...

OMBUDSMAN QOBUSTAN HƏBSXANASININ ACLIQ EDƏN MƏHBUSLARI İLƏ GÖRÜŞÜB

Siyasət Materials 2 İyul 2005 14:43 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Qobustan həbsxanasının aclıq edən məhbuslarının tələblərinin həll edilməsinə kömək edəcək.Məhbusların tələbi ömürlük həbs cəzasının 15-20 illik cəza ilə əvəz edilməsindən ibarətdir. Bu barədə Trend agentliyinə ombudsman bildirib.

Onun sözlərinə görə, iyulun 1-də axşam o, Qobustan həbsxanasında olub, həbsxana rəhbərliyinin və AR ədliyyə nazirliyi nümayəndələrinin iştirakı ilə aclıq edən məhbuslarla görüşüb, onları dinləyib və aksiyanı dayandırmağı xahiş edib.

"Onlar saxlanılma şəraiti, rəhbərliyin və həbsxana əməkdaşlarının onlara münasibətindən şikayətlənmirlər.Onların əsas tələbi ömürlük həbs cəzasının daha az cəza müddəti ilə əvəz edilməsindən ibarətdir"- deyə ombudsma bildirib.

E.Süleymanova gələn həftənin əvvəlində həmin məsələnin həll edilməsi ilə əlaqədar olaraq müxtəlif instansiyalarda müvafiq məsləhətləşmələr aparmağı planlaşdırır.

Ombudsma həmçinin bildirib ki, hazırda ölkədə ömürlük həbs cəzasına məhkum olunmuş 89 məhbus öz işlərinə yenidən baxılmasını tələb edir və öncədən onların dördü aclıq edirdi, sonradan ikisi aksiyanı dayandırdı.İndi yalnız onların ikisi aksiyanı davam etdirir.

Xatırladaq ki, 1998-ci ildə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ilə əlaqədar olaraq ölüm hökmlü bütün məhkəmə qərarları ömürlük həbs cəzası ilə əvəz olundu.

Xəbər lenti

Xəbər lenti