...

POLAD BÜL-BÜL OĞLU: ŞİMALİ KİPRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN KEÇİRİLMƏSİ MƏSƏLƏSİ MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ MÜZAKİRƏ EDİLMİR

Siyasət Materials 20 İyul 2005 17:00 (UTC +04:00)
POLAD BÜL-BÜL OĞLU: ŞİMALİ KİPRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN KEÇİRİLMƏSİ MƏSƏLƏSİ MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ MÜZAKİRƏ EDİLMİR

Şimali Kiprdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi məsələsi Azərbaycanın Mədəniyyət Nazirliyində müzakirə olunmur. Bu barədə Azərbaycanın mədəniyyət naziri Polad Bül-Bül oğlu Trend ə eksklüziv müsahibəsində bildirib.

O, Azərbaycanın Mədəniyyət Nazirliyinin nümayəndələrinin Şimali Kiprdə hər hansı bir tədbirin təşkil olunmasında iştirak etmələri barədə məlumatı təkzib edib.

"Bəzi yerli kütləvi informasiya vasitələri Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinad edərək Kiprdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi barədə yanlış məlumat yayıb. Bu məsələ mənim rəhbərlik etdiyim idarənin gündəliyinə daxil edilməyib", - deyə nazir vurğulayıb.

Eyni zamanda Polad Bül-Bül oğlu Azərbaycanın Mədəniyyət Nazirliyinin Şimali Kiprdə belə tədbirlərin keçirilməsinə hər zaman hazır olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti