...

Sabir Rüstəmxanlı: "Nə iqtidar, nə də müxalifət dialoqda maraqlıdır"

Siyasət Materials 19 Oktyabr 2005 20:02 (UTC +04:00)

"Hazırda nə iqtidar, nə də müxalifət dialoq aparılmasında maraqlıdır. Amma gec-tez hər iki tərəf dialoqun vacibliyini başa düşəcəklər". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. O, qeyd edib ki, ölkənin ümummilli problemlərinin həlli naminə bütün siyasi qüvvələr, o cümlədən də iqtidarla müxalifət arasında danışıqlar aparılmalı, bütün məsələlərin sivil qaydada həllinə nail olmaq lazımdır. Lakin S.Rüstəmxanlının fikirincə, bu dialoqun baş tutmamasının səbəbi tərəflərin əməldə deyil, yalnız sözdə birlik, həmrəylik və dialoq tərəfdarı olduqlarını nümayiş etdirməsidir.

"Yeni Azərbaycan Partiyası bəyan edir ki, cəmiyyətdə barışıq, sivil münasibətlər bizim ideoloji prinsiplərimizdən biridir. Eyni zamanda müxalifət partiyaları da indi ayılıb deyirlər ki, milli barışıq, dialoq lazımdır. Amma mən hələ 1999-cu il dekabrın sonunda bütün müxalifət müraciət edərək onları birliyə çağırdım, sonra mövqeyimi daha da genişləndirərək iqtiarlı-müxalifətli bütün rəqib qüvvələri dialoqa səslədim. Partiyamız yaranan gündən bəri 13 ildir ki, bütün qüvvələri milli birliyə çağırır, amma mənim bu mövqeyimi müxtəlif cür yozurlar"-deyə S.Rüstəmxanlı bildirib.

VHP sədrinin sözlərinə görə, iqtidar və müxalifəti birliyə çağırmasına görə müxalifət düşərgəsi onu həmişə hakimiyyətə yaxın olmaqda ittiham edib. Amma indi müxalifət özü də dərk edir ki, bütün problemlərimizin həlli xalqın daxildə milli birliyindən keçir.

Xəbər lenti

Xəbər lenti