...

Azərbaycan prezidenti 4 sərəncam imzalayıb

Siyasət Materials 19 Oktyabr 2005 20:45 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 19-da Azərbaycan energetiklərinin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Trend xəbər verir ki, Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraqiki yüksək vəzifəli energetik (Əsgərov Marlen Əsgər oğlu və Məmmədov Rafiq Məmmədəmin oğlu) "Şöhrət" ordeni ilə təltif edilib, 16 energetik isə "Tərəqqi" medalına layiq görülüb.

Prezident Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq Azərbaycan Respublikasının bir sıra energetiklərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi ilə bağlı digər bir sərəncam imzalayıb.8 energetik bu ada layiq görülüb.

Prezidentin digər sərəncamları ilə Azərbaycanın xalq rəssamı Kamil Museyib oğlu Əliyev və tanınmış dövlət xadimi Nəsrulla Hidayət oğlu Nəsrullaeyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı olub.

Sərəncamlarda göstərilib ki, Kamil Museyib oğlu Əliyevin yaşadığı binaya (Qüllə küçəsi, 18) xatirə lövhəsinin vurulması və Fəxri xiyabanda qəbirüstü abidəsinin tikilməsi, Nəsrulla Hidayət oğlu Nəsrullayevin yaşadığı binaya (Neftçilər prospekti, 93) xatirə lövhəsinin vurulması Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilsin.

Xəbər lenti

Xəbər lenti