...

P.Şevalye: Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının vaxtı çatıb

Siyasət Materials 21 Noyabr 2005 20:30 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının vaxtı çatıb. Trend bildirir ki, noyabrın 21-də Belçikanın ATƏT-dəki xüsusi nümayəndəsi Pyer Şevalye Azərbaycan Milli Məclisinin spikeri Murtuz Ələsgərovla görüşdə bu barədə bəyan edib.

"ABŞ hökumət dairələri, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə əlaqələrdən sonra mən belə bir nəticəyə gəldim ki, gələn il bu münaqişənin nizama salınması üçün mühüm olacaq. Biz birlikdə bütün nailiyyətləri, tərəflərin irəli sürdüyü bütün təklifləri toplamalıyıq. Mən qəbul edə bilmirəm ki, bu qədər geniş iqtisadi potensiala malik olan ölkə münaqişəyə məruz qalıb. Biz tərəflərin yaxınlaşması istiqamətində onların görüşlərinin təşkili üçün mümkün olan hər bir şeyi etməliyik. Tərəflərin siyasi dəstəyi üçün bütün qüvvələr səfərbər edilməlidir. Belçika ATƏT-də sədrliyi dövründə zəruri olan hər bir yardımı etməyə hazırdır"-deyə o bildirib.

M.Ələsgərov ATƏT-in Minsk qrupunun 13 illik fəaliyyəti müddətində uğur əldə olunmadığını deyərək ümid etdiyini bildirib ki, Belçika təşkilatda sədrliyi dövründə münaqişənin sülh yolu ilə nizama salınması prosesini fəal dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti