...

Əkmələddin İhsanoğlu: Mən Azərbaycanın İKT üzvü ölkələri XİN başçılarının qarşıdakı görüşünə ayırdığı diqqətdən məmnunam

Siyasət Materials 1 Mart 2006 16:26 (UTC +04:00)
Əkmələddin İhsanoğlu: Mən Azərbaycanın İKT üzvü ölkələri XİN başçılarının qarşıdakı görüşünə ayırdığı diqqətdən məmnunam

İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu İKT üzvü ölkələri XİN başçılarının iyunda Bakıda keçiriləcək iclasına hazırlıq məsələlərini müzakirə edir. Bu barədə Trend ə Ə.İhsanoğlu özü bildirib.

Onun sözlərinə görə, bu məsələ onun Azərbaycan prezidenti ilə görüşündə diqqət mərkəzində olub, həmçinin sabah baş nazir Artur Rəsizadə və Elmar Məmmədyarovla görüşlərdə də davam etdiriləcək.

"Mən Azərbaycanın İKT üzvü ölkələri XİN başçılarının Bakıda keçiriləcək görüşünə ayırdığı diqqətdən məmnunam"-deyə o qeyd edib. İKT baş katibi bildirib ki, iclasın gündəliyi diplomatik kanallarla razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti