...

YAP Gənclər Birliyi mayda gənclərin beynəlxalq seminarını planlaşdırır

Siyasət Materials 11 Mart 2006 13:16 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə may ayında Bakıda gənclərin beynəlxalq seminarının keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, seminarın planlaşdırılmasında məqsəd regionun, eyni zamanda dünyanın aparıcı dövlətlərinin siyasi həyatında fəallığı ilə seçilən gənclərin fikir və düşüncələri ilə tanış olmaqdır. YAP rəsmisi onu da bildirib ki, onlar bir sıra xarici ölkələrin hakim partiyalarının gəncləri ilə də əlaqələr qurublar. Bu sırada Türkiyə, Rusiya, Bolqarıstan və digər ölkələri misal çəkən R.Həsənov vurğulayıb ki, Türkiyənin hakim Ədalət və Qalxınma Partiyası Gənclər Birliyinin sədri Hakan Tütünçünün martın sonlarında Azərbaycana səfəri gözlənilir.

R.Həsənov bildirib ki, YAP-çı gənclərin Bolqarıstanın hakimiyyətdə olan Sosialist Partiyasının Gənclər Birliyinin sədri Tatyana Dmitriyevna ilə də sıx əlaqələri mövcuddur: "Dekabrda Bolqarıstana dəvət aldıq. Lakin müəyyən səbəblər üzündən səfərimizi reallaşdıra bilmədik".

Xəbər lenti

Xəbər lenti