...

Əli Əhmədov USAID-in ekspertini qəbul edib

Siyasət Materials 13 Mart 2006 18:13 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov martın 13-də ABŞ-ın USAID təşkilatının siyasi məsələlər üzrə eksperti Aleksandr Sokolovskini qəbul edib. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətindən bildiriblər.

Görüşdə siyasi partiyaların cəmiyyətdə yeri və rolu barədə fikir mübadiləsi aparılıb. Əli Əhmədov Azərbaycanda siyasi partiyaların yaranması, formalaşması və bu qurumların müasir cəmiyyətdə oynadığı rol barədə qonağa məlumat verib.

YAP rəsmisi ölkəmizdəki siyasi partiyaların Avropa ölkələrinin demokratik yönümlü partiyaları ilə əməkdaşlığının əhəmiyyətini qeyd edib, partiyaların cəmiyyətin demokratikləşməsində əsas faktora çevrilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti