...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının təsisçiləri Qadın, Uşaq və Ailə Komitəsinin sədri ilə görüşüb

Siyasət Materials 15 Mart 2006 19:13 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının rəhbərləri martın 15-də Qadın, Uşaq və Ailə Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüblər. Trend xəbər verir ki, görüşdə adıçəkilən hərəkatla komitənin gənc ailələr, uşaqlar və xanımlarla bağlı məsələlərdə gələcək iş birliyi müzakirə olunub.

Hərəkatın təsisçiləri təşkil etdikləri "Məktəb parlamenti" layihəsi, xeyriyyəçilik aksiyaları haqda komitə sədrinə məlumat veriblər. H.Hüseynova səlahiyyətində olan məsələlərlə bağlı hərəkat ilə işbirliyinin mümkünlüyünü vurğulayıb. Müzakirə zamanı bu işə dövlət strukturları və QHT-lərin də cəlb olunması məsələsinə də toxunulub.

Görüşdə "İrəli" Ümumrespublika Gənclər Hərəkatının təsisçiləri Fərhad Məmmədov, Röya Talıbova, Ceyhun Osmanlı və Elnarə Qəribova iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti