...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 17 Mart 2006 18:56 (UTC +04:00)

Martın 17-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Eldar Rüstəmovun şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov şikayət barədə məlumat verərək bildirib ki, E.Rüstəmovun şikayətinin araşdırılması üçün işçi qrupu yaradılıb, araşdırma aparılıb. Ramiz İbrahimovun sözlərinə görə, namizədin dairə seçki komissiyasına (DSK) təqdim etdiyi imza vərəqələrində bir neçə texniki səhvlər müşahidə edilib. Bu namizədin xeyrinə toplanan 610 imzadan 420-si etibarlı, 188-i etibarsız, 12-si təkrar imzadır. 2 nəfər isə 18 yaşına çatmamış şəxs imzala verib. Buna görə də MSK həmin şəxsin namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti