...

Azərbaycan və Bruney əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Siyasət Materials 22 Mart 2006 12:29 (UTC +04:00)

Azərbaycan və Bruney bütün sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu razılaşma Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Bruneyə səfəri zamanı bu ölkənin rəhbərliyi ilə görüşündə əldə olunub. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

E.Məmmədyarov səfər çərçivəsində Bruneyin energetika naziri Hacı Avanq Yəhya, xarici işlər naziri Məhəmməd Bolkiyah, bu ölkənin sultanı Həsənal Bolkiyah, həmçinin, İqtisadi İnkişaf Korporasiyası Direktorlar Şurasının sədri Con Terri və sənaye və təbii sərvətlər naziri Avanq Hacı Əhməd bin Hacı Cümətlə bir sıra görüşlər keçirib.

Səfər zamanı tərəflər iqtisadi, siyasi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın nkişaf perspektivlərini nəzərdən keçirib.

Xatırladaq ki, nazir Bruneydən əvvəl Malayziyaya səfər edib.

Xəbər lenti

Xəbər lenti