...

AMİP-in Xətai, Binəqədi və Sabunçu rayon təşkilatlarının sədrləri təzələnib

Siyasət Materials 3 Aprel 2006 11:58 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Xətai, Binəqədi və Sabunçu rayon təşkilatlarına yeni sədrlər seçilib. Bu barədə Trend ə AMİP sədrinin səlahiyyətlərini icra edən, partiyanın Mərkəzi Şurasının sədri Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov bildirib ki, aprelin 2-də Bakının Xətai, Binəqədi, Sabunçu və Sumqayıt şəhər təşkilatlarının konfransları keçirilib: "Sumqayıt şəhəri istisna olmaqla digər rayon təşkilatlarının sədrləri yeniləri ilə əvəzlənib". A.Rüstəmov bu yeniləşməni belə izah edib: "Vəzifələrindən kənarlaşdırılan sədrlər partiyanın ali orqanlarında (Mərkəzi Şura, Siyasi Şura və İdarə Heyəti) təmsil olunmağa iddialı olduqları üçün rayon təşkilatlarına rəhbərlik etmək istəməyiblər".

AMİP sədrinin əvəzi onu da vurğulayıb ki, aprelin sonlarına planlaşdırılan qurultaydan sonra Mərkəzi Şuranın tərkibi formalaşdırılacaq. Partiyanın ali orqanlarında təmsil olunmaq arzusunda olan şəxslər Mərkəzi Şurada seçiləcək. A.Rüstəmov onu da bildirib ki, aprelin 6-də partiyanın Əzizəbyov və Qaradağ, aprelin 8-də isə Abşeron rayon təşkilatında konfrans keçiriləcək: "Bu vaxtadək 53 rayon təşkilatında konfranslar keçirmişik, təxminən 13 rayon təşkilatımız qalıb".

Xəbər lenti

Xəbər lenti