...

Azərbaycan Avropaya Rusiya enerji ehtiyatlarına alternativ təklif edir

Siyasət Materials 5 May 2006 11:19 (UTC +04:00)

Azərbaycan Avropaya enerji xammalı və Rusiyanın enerji ehtiyatlarından müəyyən müstəqillik təklif edir. Trend in verdiyi məlumata görə, bu barədə Vilnüsdə keçirilən "Ümumi qonşuluğun ümumi görüntüləri, 2006" beynəlxalq konfransında Azərbaycanın baş naziri Artur Rasizadə çıxışı zamanı bəyan edib.

"Xəzər dənizi regionu nadir təbii ehtiyatlara malikdir. Bu, regional və beynəlxalq siyasətin mühüm amillərindən biridir. Bu həmçinin, inteqrasiya proseslərini də təşviq edir. Neft siyasətinin uğurlu reallaşdırılması nəticəsində indi Xəzər regionunda generji şirkətləri yaranıb, bu regionun dövlətləri üçün böyük əhəmiyyətə malik qlobal layihələr reallaşdırılır ", - deyə o bildirib.

Azərbaycanın baş naziri enerji ehtiyatları, nəqliyyat və ya enerji təhlükəsizliyi ilə bağlı problemlərlə bağlı enerji ehtiyatları sahəsində beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Ona görə də o, Avropaya tikilməkdə olan və Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft kəmərindən istifadə etməyi təklif edir. Bu barədə BNS məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti