...

Mahmud Əhmədinejad: Bütün çətinliklərə və problemlərə baxmayaraq İran nüvə və yanacaq silsiləsini təkmilləşdirməyə nail olacaq və atom dövlətləri siyahısına daxil olacaq

Siyasət Materials 5 May 2006 14:17 (UTC +04:00)
Mahmud Əhmədinejad: Bütün çətinliklərə və problemlərə baxmayaraq İran nüvə və yanacaq silsiləsini təkmilləşdirməyə nail olacaq və atom dövlətləri siyahısına daxil olacaq

Bütün çətinliklərə və problemlərə baxmayaraq İran nüvə və yanacaq silsiləsini təkmilləşdirməyə nail olacaq və atom dövlətləri siyahısına daxil olacaq. Trend in verdiyi məlumata görə, belə bir bəyanatla mayın 5-də İran prezidenti Mahmud Əhmətinejad İƏT-nın 9-cu sammitində çıxışı zamanı bəyan edib.

"Biz öz atom elektrik stansiyalarımız üçün atom sənaye yanacağı istehsalına nail olana kimi, beynəlxalq prinsip və qanunlar əsasında, eləcə də MAQATE-nin nəzarəti altında öz fəaliyyətimizi davam etdirməkdə maraqlıyıq. İran İslam Respublikası hesab edir ki, bu böyük nailiyyətlər regionun bütün ölkələrinə, eləcə də, bütün ölkələrə məxsusdur", - deyə prezident Əhmədinejat bildirib.

O qeyd edib ki, yad ölkələrlə siyasi və hərbi rəqabətin regionun enerji xammalının talan olunmasına, qeyri-sabitliyin amili olmasına yol vermək olmaz. Onun sözlərinə görə, bir sıra siyasi qüvvələrin kobud şəkildə digər ölkələrin daxili işlərinə müdaxilə etməyə cəhd etdiyi və bununla da regionda möhkəmlənmək istədikləri hazırki vəziyyətdə bu təşkilata üzv ölkələrin və qonşu dövlətlərin konstruktiv və məqsədəyönlü əməkdaşlığı, regional və beynəlxalq səviyyədə öz potensiallarını gücləndirməsi çox mühüm addımdır.

Xəbər lenti

Xəbər lenti