...

Teymur Rəcəbov Vişvanatan Anandla oynayacaq

Siyasət Materials 5 May 2006 16:19 (UTC +04:00)
Teymur Rəcəbov Vişvanatan Anandla oynayacaq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov avqust ayında Mayntsda keçiriləcək ənənəvi şahmat festivalı çərçivəsində Vişvanatan Anandla görüş keçirəcək.

Bu barədə Trend ə T.Rəcəbov özü məlumat verib. Onun sözlərinə görə, artıq qarşıdakı matçın təşkili barədə lazımi müqavilə imzalanıb. "Ötən il mən Almaniyadakı rapid-turnirin qalibi oldum. Bu turnirin qalibi məşhur hind ustası ilə oynamaq hüququ əldə edir. Odur ki, mənim bu mövsümdə V.Anandla bir taxta arxasında oturmağım artıq reallığa çevriləcək". Bu zaman Teymur qeyd edib ki, hind şahmatçısı ilə görüşə iddialarını təkcə Almanyiadakı qələbə ilə deyil, bütün turnirin gedişində uğurla çıxış etməklə sübut etmək vacib idi. "Bu yaxınlarda mən Linaresdəki nüfuzlu turnirdə ikinci yeri tutdum və bir daha ən güclü qrossmeysterlə rəqabət apara biləcəyimi sübut etdim. Ona görə də mənim V.Anandla gələcək qarşıdurmamda heç bir təəccüblü şey yoxdur", - deyə şahmatçı bildirib.

T.Rəcəbovun sözlərinə görə, görüş 8 partiyadan ibarət olacaq və görüşün qalibi onun yekunları üzrə müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti