...

Fövqəladə hallar naziri faşizm üzərində qələbənin 61-ci ildönümü münasibətilə müharibə veteranları ilə görüşüb

Siyasət Materials 5 May 2006 18:52 (UTC +04:00)

Mayın 5-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov faşizm üzərində tarixi qələbənin 61-ci ildönümü münasibətilə bir qrup müharibə veteranı ilə görüşüb. Trend in xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

K.Heydərov tarixi hadisənin 61-ci ildönümü münasibətilə veteranları təbrik edib. Yeni vəzifəyə təyinatından sonra veteranlarla ilk görüşünü olduqca əlamətdar hadisə hesab edən nazir rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Veteranlar öz növbələrində diqqətə və təbrikə görə nazirə təşəkkürlərini bildiriblər. Çıxış edən veteranlar keçdikləri döyüş yolları ilə bağlı xatirələrindən danışıb, onları düşündürən bir sıra məsələlər ətrafında nazirlə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazir veteranlara hədiyyələr təqdim edib.

Xəbər lenti

Xəbər lenti