...

Litva prezidenti yayın əvvəlində Azərbaycana səfər etməyi planlaşdırır

Siyasət Materials 5 May 2006 19:18 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkus yayın əvvəlində Azərbaycana səfər etməyi planlaşdırır. Bu səfər aprelin ortalarına planlaşdırılmışdı, lakin Litvanın hakim koalisiyasındakı böhran üzündən təxirə salındı.

Bu barədə Trend ə V.Adamkusla Azərbacyanın baş naziri Artur Rəsizadə arasındakı görüşdən sonra prezidentin mətbuat xidmətindən bildiriblər.

Söhbət zamanı V.Adamkus deyib ki, bu həftə Vilnosda keçirilən "Ümumi qonşuluğa ümumi baxış" beynəlxalq konfransında Cənubi Qafqaz və Baltikyanı ölkələr arasında əməkdaşlığın vacibliyi aşkarlanıb.

Azərbaycanla əməkdaşlığın Litva üçün əhəmiyyətli olduğunu qeyd edən Litva prezidenti bildirib ki, hazırda ölkələr arasında siyasi və iqtisadi əlaqələr çox da intensiv deyil. Prezident həmçinin, mədəniyyət sahəsində əməkdaşlığın imkanlarından kifayət qədər istifadə olunmadığını diqqətə çatdırıb.

Görüş iştirakçıları V.Adamkusun yayda gerçəkləşdirəcəyi rəsmi səfəri Azərbaycan-Litva əlaqələrinin inkişafını sürətləndirəcəyini vurğulayıb. Görüşdə həmçinin, energetika layihələri də müzakirə olunub. V.Adamkus qeyd edib ki, Azərbaycan energetika sahəsində Qərbin ciddi tərəfdaşına çevrilir.

Xəbər lenti

Xəbər lenti