...

Azərbaycan prezidenti Avrasiya Dövlətləri 9-cu zirvə görüşünün iştirakçılarına məktub göndərib

Siyasət Materials 8 May 2006 19:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Avrasiya Dövlətlərinin mayın 8-də Türkiyədə açılmış 9-cu zirvə görüşünün iştirakçılarına məktub göndərib.

Trend agentliyinin məlumatına əsasən, Türkiyə rəhbərliyinin himayəsi və Mərmərə qrupunun təşkilatçılığı ilə keçirilən ənənəvi tədbirdə çoxsaylı Avrasiya ölkələri nümayəndələrinin iştirakı forumun regionda səmərəli əməkdaşlıq və dostluq münasibətlərinin inkişafındakı rolunun etiraf olunmasıdır. "Düşünürəm ki, bu baxımdan zirvə toplantısnıın iştirakçıları region ölkələri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın mövcud vəziyyətini, təhlükəsizlik problemlərini ətraflı təhlil edəcək və onların həlli üçün perspektivli təkliflər veriləcək.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Böyük İpək Yolu", eləcə də Qars-Axalkalaki-Tbilisi--Bakı dəmir yolu layihələri çərçivəsində işlərin başa çatmaq üzrə olduğunu qeyd edən İ.Əliyev deyib ki, bütün bunlar regional əməkdaşlığa yeni impuls verəcək, ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti