...

Təkrar parlament seçkilərinin təşviqat mərhələsi başa çatdı

Siyasət Materials 12 May 2006 11:09 (UTC +04:00)

10 dairə üzrə keçiriləcək təkrar parlament seçkilərinin təşviqat mərhələsi mayın 12-də səhər saat 8.00-da başa çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçki Məcəlləsinin tələblərinə görə, səsverməyə 24 saat qalmış namizədlərin təbliğat-təşviqat mərhələsi başa çatır. Bu saatdan etibarən namizədlərin xeyrinə heç bir təbliğat işləri aparılmamalı, təşviqat materialları yayılmamalı, plakatlar yığışdırılmalıdır. Kütləvi informasiya vasitələrində (KİV) də hər hansı bir namizədin xeyrinə, yaxud əleyhinə materiallar yayılmamalıdır.

13 mayda 10 seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkidə 124 nəfər namizəd iştirak edir.

Xəbər lenti

Xəbər lenti