...

AŞPA müşahidə missiyasının rəhbəri MSK sədri və siyasi partiya nümayəndələri ilə birgə görüş keçirib

Siyasət Materials 12 May 2006 15:09 (UTC +04:00)

Mayın 12-də "Park-İNN" otelində Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təkrar seçkiləri müşahidə missiyasının rəhbəri Leo Platvoed, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və siyasi partiyaların rəhbərləri iştirak ediblər.

Dəyirmi masada əsasən mayın 13-də keçiriləcək təkrar parlament seçkiləri barədə müzakirələr aparılıb. MSK sədri seçkinin keçirilməsi ilə bağlı görülən işlər, seçkidə iştirak edən namizədlər, artıq başa çatmış təşviqat mərhələsinin yekunları barədə məlumat verib. AŞPA-nın seçkinin müşadəçiliyində iştirakı barədə də danışılıb.

Qeyd edək ki, bu görüş kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı olmadan qapalı keçirilib.

Xəbər lenti

Xəbər lenti