...

Gəncədə yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramına həsr olunan görüş keçirilib

Siyasət Materials 12 May 2006 20:27 (UTC +04:00)

Dünəndən başlayaraq Gəncədəki Xan Sarayında İqtisadi İnkişaf Nazirliyi tərəfindən BMT-nin İnkişaf proqramı və Asiya İnkişaf Bankının texniki dəstəyi ilə 2006-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramının hazırlanması istiqamətində regional içtimai görüş keçirilir.

Tədbirdə Gəncə, Samux, Şəmkir, Goranboy və Daşkəsən ictimaiyyətinin, yerli icra strukturlarının, İqtisadi İnkişaf və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayənədələri iştirak edib.

Tədbirdə əsasən sosial vəziyyət, qaçqın və məcburi köçkünlər, uşaq hüquqları və s. mövzular barədə söhbətlər gedib. Ölkədə yoxsulluğun staistikasına nəzər yetirilib. Bir sıra məsələlər iştirakçılar tərəfindən müzakirə olunub.

Qeyd edək ki, görüş iki gün davam etməklə bu gün sona çatıb.

Xəbər lenti

Xəbər lenti