...

Azərbaycan və Türkiyə alimləri 1915-ci il uydurma "erməni soyqırımı" ilə bağlı həqiqətləri üzə çıxarmaq üçün səylərini birləşdirir

Siyasət Materials 15 May 2006 16:53 (UTC +04:00)

Osmanlı imperiyasında ermənilərin soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan və Türkiyə alimləri birgə işçi qrupu yaradaraq səylərini birləşdirəcək. Trend in xəbər verdiyi kimi, bu qərar mayın 15-də "Azərbaycan və Türkiyə tarixində erməni məsələsi"nə həsr olunmuş beynəlxalq konfransın yekunları üzrə qəbul olunub.

Türkiyə Tarix İdarəsinin rəhbəri professor Yusuf Halaçoğlu və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Bakı bəyannaməsini imzalayıb. Sənədin 2-ci bəndində birgə işçi qrupunun yaradılması məsələsi öz əksini tapıb. Qrupun 4 nəfər həmsədri olacaq. Abel Məhərrəmov və Yusuf Halaçoğlu ilə yanaşı Azərbaycan Tarix İnstitutunun rəhbəri Yaqub Mahmudov və ATIB sədri Əhməd Erentok da qrupun həmsədrləri olub.

İşçi qrupu hər 3 aydan bir növbə ilə Bakıda və Ankarada toplaşacaq. Birinci iclas Ankarada keçiriləcək. Bununla yanaşı, Bakı bəyannaməsinə görə, 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaq üçün Əlaqələndirmə Mərkəzinin yaradılmasına dair qərar qəbul olunub. Bu mərkəzin idarə oluunması ATİB-ə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti